Ebola virusu dəhşət saçır

Konqo Demokratik Respublikasında Ebola virusuna 11 təsdiqlənmiş yeni yoluxma halı qeydə alınıb.

ONN media xəbər verir ki, ölkənin səhiyyə nazirliyi bildirib ki, virusa yoluxan 11 nəfərdən ikisi ölüb.

Ümumilikdə, son məlumatlara əsasən, 45 virusa yoluxma halı qeydə alınıb, onlardan 14-ü təsdiq edilib. Hazırda ölkə Səhiyyə Nazirliyi 25 nəfərin öldüyü barədə məlumat alıb, lakin ölümlərin Ebola virusu ilə əlaqəsi hələki təsdiq edilməyib.

Son 11 təsdiqlənmiş yoluxma halı Mbandake şəhərində qeydə alınıb. Həkimlər xəstələrnən ünsiyyətdə olan 500-dən artıq insanı nəzarət altına alıb.