Ermənistanda etirazlar səngimir

ONN media xəbər verir ki, İrəvanda siyasi məhbuslarınhüquqlarının qorunması məqsədiylə aksiya təşkil edən nümayişçilər, Ədliyyə sisteminin fəaliyyətinə narazılığını bildirib. Onlar baş prokuror Artur Davtyanın istefasını tələb edir.

Nümayişçilər bəyan edib ki, ədliyyə sistemi müstəqil deyil və qərarlar hakimiyyət dairələrinin sifarişləri əsasında qəbul edilir. Sotk şəhərində isə etirazçılar bölgədəki iri qızıl yatağına gedən yolu bağlayıblar. Onlar vətəndaş hərəkatının iştirakçısı olduqlarını və öz haqları uğrunda mübarizə apardıqlarını bildirirlər. Şirkətin fəaliyyətindən narazı olan aksiya iştirakçıları, qızıl yatağının rəhbərliyinin istefasını da tələb edirlər.