Marseldə silahlı atışma – 1 nəfər yaralanıb

Fransanın Marsel şəhərində atışma olub.

ONN media RT-yə istinadən xəbər verir ki, maskalı şəxslər tərəfindən açılan atəş nəticəsində bir nəfər yaralanıb.

Hazırda hadisə yeri polis tərəfindən əhatəyə alınıb. İnsidentin terrorla əlaqəli olub-olmadığı araşdırılır.