İsraildən Qəzzaya növbəti zərbə
İsrail Hərbi-Hava Qüvvələri Qəzza zolağına raket zərbəsi endirib.
ONN media “RİA Novosti”yə istinadən xəbər verir ki, raketlər liman və HƏMAS-a məxsus hərbi obyektlərə tuş gəlib.
Yerli KİV-lərin məlumata görə, Qəzza limanına endirilən zərbə nəticəsində iki kater sıradan çıxıb. Raket zərbələri həmçinin HƏMAS-ın Qəzza zolağının şimalındakı obyektlərinə endirilib.