ONN İnformasiya Agentliyi

Dəhşətli isti CAN ALDI

Dəhşətli isti CAN ALDI
23 May 2018 - 10:53

Pakistanın Kəraçi şəhərində anomal isti hava şəraiti ilə əlaqədar üç gün ərzində 65 nəfər dünyasını dəyişib.

ONN media xəbər verir ki, bu barədə “Pakistan Today” məlumat yayıb.

Regiona daxil olmuş hərarət dalğasının qurbanları 6 -78 yaşları arasında olan vətəndaşlardır. Onların çoxu vaxtında tibbi yardım ala bilməyib və evdə keçinib.

Sinoptiklər yaxın günlərdə Kəraçiyə növbəti hərarət dalğasının daxil olacağını, temperaturun 40 dərəcəyə çatacağını xəbərdar edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png