ONN İnformasiya Agentliyi

3 ölkə razılığa gəldi- hərbi qüvvələr birləşdi

3 ölkə razılığa gəldi- hərbi qüvvələr birləşdi
24 May 2018 - 10:29

ONN media xəbər verir ki, Türkiyə, Rusiya və İran Astana görüşlərində əldə etdikləri razılığa əsasən, 4 atəşkəs nöqtəsindən biri olan Suriyanın İdlib bölgəsində nəzarət məntəqələri qurub.

Nəzarət məntəqələri təyin edilmiş sərhəd xətti boyunca qurulub. Hazırda bölgədə Türkiyənin 12, Rusiyanın 10, İranın isə 7 nəzarət-keçid məntəqəsi var. Bu məntəqələr arasında ehtimal olunan riskləri aşağı salmaq üçün rabitə şəbəkələri də yaradılıb.

Astanada "atəşkəs bölgəsi" elan edilən ən geniş və çətin bölgə kimi dəyərləndirilən İdlibdə 3 ölkənin nəzarət məntəqələrinin tamamlanması ilə birlikdə bölgədə normal məişət həyatının yaranacağı bildirilir. Hərbi qaynaqlar sərhəd xətti boyunca təhülkəsizliyin təmin edildiyini xəbər verir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png