Müdafiə Nazirliyinin general-mayoru həbs edildi

Rusiya Müdafiə Nazirliyinin general-mayoru Aleksandr Oqloblin orduda məxfi və xüsusi rabitə sisteminin modernləşdirilməsi dövlət proqramının reallaşdırılması zamanı külli miqdarda dələduzluq etməsi ittihamı ilə həbs edilib. 

ONN media  xəbər verir ki, bununla bağlı “Kommersant” nəşri mənbəyə istinadla məlumat yayıb. 

Həbslə bağlı qərarı 235-ci qarnizon hərbi məhkəməsi çıxarıb. Oqloblin qərardan Moskva Hərbi Məhkəməsinə şikayət edib. Ancaq Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. 

İstintaq materiallarına görə, 2013-cü ildə reallaşdırlan proqram zamanı 460 milyon rubl (7,5 milyon dollar) oğulanıb.