Tramp Kimlə görüşü ləğv etdi – SON DƏQİQƏ

ABŞ prezidenti Donald Tramp 12 iyunda Şimali Koreya lideri Kim Çen İnlə planlaşdırılan görüşü ləğv edib.

ONN media xəbər verir ki, Tramp bu qərarı son dövrlər Kimin açıqlamalarına görə verdiyini deyib.

“Kimin son dövrlər verdiyi düşməncəsinə və hirsli açıqlamaları bu qərarı verməyimə səbəb oldu. Lakin bir gün onunla görüşməyi çox istəyərəm”, – deyə Tranp qeyd edib.

Qeyd edək ki, görüşün Sinqapurda keçiriləcəyi planlaşdırılırdı.