“Mançester Yunayted” 50 milyona futbolçu aldı

Avropada ilk səs-küylü transferi "Mançester Yunayted” reallaşdırıb. İngiltərə təmsilçisi Donetsk "Şaxtyor”unun yarımmüdafiəçisi Fredini heyətinə qatıb.

ONN media xəbər verir ki, klublar arasında danışıqlar bu günlərdə müsbət nəticələnib. 25 yaşlı futbolçunun keçidindən Ukrayna təmsilçisi 50 milyon avro gəlir əldə edəcək.