Bu gün ilin hadisəsi olacaq

“Real” (İspaniya) – “Liverpul” (İngiltərə) finalı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq

 Bu gün Çempionlar Liqasında finalı keçiriləcək.

ONN media xəbər verir ki, Kiyevdəki Olimpiya stadionunda İspaniyanın “Real” klubu ilə İngiltərə “Liverpul”u üz-üzə gələcək.

Qeyd edək ki, “Real” bundan əvvəl 2 il dalbadal Çempionlar Liqasının finalında qələbə çalıb. “Kral klubu” kuboku üçüncü dəfə dalbadal qazanaraq, yeni rekord qırmaq istəyir. Ümumilikdə ÇL finalında 12 dəfə qalib gələn “Real” bu yarışın tarixində ən titullu komandadır.