Dadına doymayacağınız şəkərparə- RESEPT

Kulinar Əsmayə Qafarova ONN media-ya evdə rahat hazırlanan şəkərparə reseptini təqdim edib. Həmin resepti və hazırlanma qaydasını sizlərə təqdim edirik.

Lazım olan ərzaqlar: 

2 yumurta( birininin sarısını üzəri ücün ayırırıq ) 

100 qr kərə yağı 

150 qr şəkər tozu 

1st kakos

 150 qr mannı (irmik) 

100 qr bitki yağı

 2 x. q Smetan (qatıqlada əvəz edə bilərsiz ) 

1p qabartma,

1 p vanil 

4 -5st arası un

Hazırlanması:

Bütün ərzaqlar bir qaba əlavə olunur xəmir yogurulur. Ələ yapışmayan xəmir alınır. Xəmirdən balaca parçalar qoparıb əlimizlə forma verib yaglı kağız üzərinə düzüb üzərinə yumurta cəkib cəngəllə cızıq atıb ortasına araxes batırıb 170 dərəcədə üzəri qızaranadək bişiririk.

Üzərinə tökmək ücün şərbət.

2st pesoq

 1 st yarım su

2-3 damcı limon suyu

10 – 15 dəiqə qaynadılır bişib hazır olan şəkərparənin üzərinə tökürük 10 dəiqə qalıb şəriətini cəksin.

Nuş olsun!