Azərbaycan millisi FİFA reytinqində 21 pillə irəliləyib

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. 

ONN media xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 21 pillə irəliləyib. Hazırda 321 xala malik komanda 105-ci pillədə qərarlaşıb. 

İyunun 9-da Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək Latviya 10 pillə irəliləyib. Bu komandanın 230 xalla 129-cu pillədədir. 

Yığmanın Millətlər Liqasındakı rəqibləri də yüksəliş əldə ediblər. 3 pillə irəliləyən Farer adaları millisi 376 xalla 90-cı, 11 pillə irəliləyən Kosovo 197 xalla 141-ci, 1 pillə irəliləyən Malta 65 xalla 184-cü yerdədir.