Rezidenturaya qəbul imtahanının II mərhələsi üzrə onlayn sınaq imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi üzrə onlayn sınaq imtahanları keçirilib.

DİM-dən ONN media -ya verilən məlumata görə, sınaq imtahanları 9 iyun 2018-ci il tarixində mərkəzin Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçirilib.

1-ci növbə üzrə imtahan saat 10:00-da, 2-ci növbə üzrə isə saat 14:00-da başlayıb.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.