DİN bayram günləri işləyəcək

DİN -dən ONN media -ya verilən məlumata görə, Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar iyunun 15-dən 20-dək qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 9.00-dan axşam saat 19.00-dək davam edəcəkdir.