Seda Sayanın vəziyyəti pisləşdi

Məşhur müğənni və aparıcı Seda Sayan təcili əməliyyat olunub.

ONN media xəbər verir ki, bir neçə ay əvvəl Sedanın qolundakı iki əzələsi yırtılmışdı. Sayan əməliyyat üçün proqramın mövsüm finalını gözləyirdi. Bildirilir ki, Seda istirahət etdikdən sonra əməliyyat planlaşdırırdı. Amma ağrıları dözülməz olduğu üçün həkimə müraciət edib.

Verilən məlumata görə, əməliyyat uğurlu keçib və Sedanın vəziyyəti stabildir.