Zərdabda yol qəzası- ÖLƏNLƏR VAR

Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə rayonun Körpükəndlə Burunlu kəndləri arasında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü hadisə yerində ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölən şəxsin Ağdaş rayon sakini olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.