Xaçmazda yol qəzası

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

ONN media xəbər verir ki qəza Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazində qeydə alınıb. 

"Toyota Prado", " Vaz 21 099" və " Vaz 21011" markalı maşınların toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Hadisədən sonra " Vaz 21011" markalı maşın alışaraq yanıb. Əraziyə FHN-nin Xaçmaz Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.