Rusiya və Azərbaycan azad tranzit barədə sazişə qayıtmaq istəyindədir

Rusiya və Azərbaycan beynəlxalq avtomobil daşımaları üçün azad tranzit barədə sazişə qayıdacaq.

ONN media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının nəqliyyat və tikinti məsələləri üzrə komitəsinin sədri Yevgeni Moskviçev deyib.

O bildirib ki, tərəflər arasında keçirilmiş danışıqlar nəticəsində Rusiya və Azərbaycanda tranzitin azad olması məsələsi həll edilib.

Y.Moskviçevin sözlərinə görə, bu yolla İrandan Azərbaycana və Rusiyaya yük daşımaları dəfələrlə artacaq.