Cəlilabadda ev yandı

Cəlilabadda yanğın qeydə alınıb.

ONN media FHN-ə istinadən xəbər verir ki, rayonun Xəlilabad kəndində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində mətbəxin tavanı 9 m² sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.