Maykl Ceksonun atası vəfat etdi

Pop musiqisinin kralı olan Maykl Ceksonun atası Co Cekson 89 yaşında Los-Ancelesdə vəfat edib.

ONN media xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Prodüser bu ay xərçəng xəstəliyinin son mərhələsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Nəşrin yazdığına görə, onun səhhətində problem bir neçə il əvvəl başlayıb. 2015-ci ildə o, üç dəfə infark keçirib, 2016-cı ildə isə bir müddət xəstəxanada yatıb.