Tovuz Gömrük İdarəsinin rəisi kim təyin edildi?

Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub.

Belə ki, ONN media-ya  DGK-dan verilən məlumata görə, Rəşad Babayev Tovuz Gömrük İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, o, bundan öncə Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən gün R.Babayevdən əvvəl Tovuz Gömrük İdarəsinin rəisi olan Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.