Məşhur aktyor tanınmaz halda

Komediya seriallarında rol alan türkiyəli aktyor Burak Satıbol 40 kilo arıqlayıb.

ONN media xəbər verir ki, aktyorun bu görünüşü izləyicilər tərəfindən maraqla qarşılanıb.

"40 kilo arıqladım. Sağlamlığıma qovuşdum. Əvvəlki halımdan əsər-əlamət qalmadı. Bir çox xəstəliyim var idi və hamısından xilas oldum", – deyə aktyor bildirib.