“Azərenerji” ciddi MƏLUMAT VERDİ

Azərbaycanın enerji sisteminin dayanıqlığı yaxın vaxtlarda bərpa olunacaq.

ONN media xəbər verir ki, bunu “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, hazırda "Azərbaycan" İES-in dördüncü blokunun işə salınması üzrə işlər aparılır:

“İndi "Azərbaycan" İES-in üç bloku ştat rejimində işləyir. Dördüncü blokun işə salınması üçün iş gedir. Bütün bunlar ölkənin enerji sisteminin dayanıqlığına təsir göstərir. Yaxın zamanlarda enerji sisteminin dayanıqlığı tam bərpa olunacaq”.