Tanınmış aktyor ən böyük arzusunu açıqladı

Türkiyəli aktyor Kərəm Bursin Los Ancelesdə jurnallardan birinə açıqlama verib.

ONN media xarici KİV-ə istinadən məlumat verir ki, ən son “Can Feda” filmində rol alan aktyor ata olmaq istədiyini deyib:

“Evliliyə qarşı deyiləm. Ailəmin necə olacağı mənim üçün önəmlidir. Həm də ata olmaq istəyirəm”.

Qeyd edək ki, Kərəm aktrisa Serenay Sarıkaya ilə sevgilidir.