C-400 kompleksləri Türkiyəyə nə vaxt veriləcək?

Rusiya C-400 zenit raket komplekslərini Türkiyəyə 2019-cu ilin sonunda təhvil verəcək.

ONN media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Daha öncə komplekslərin tədarükünə 2019-cu ilin yayında start veriləcəyi nəzərdə tutulmuşdu.

Siyasətçi bildirib ki, razılaşma ABŞ və NATO-ya üzv digər ölkələrin narazılığına rəğmən baş tutacaq.

Cari ilin aprelində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara rəğmən sözügedən raket komplekslərini almaqda qərarlıdırlar.