6 otaqlı ev külə döndü

Şəmkirdə gündüz saatlarında yanğın faktı qeydə alınıb.

ONN media FHN-nin saytına istinadla xəbər verir ki, rayonunun Xuluf kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 300 m² olan bitişik tikilmiş talvar yanıb. Məlumata görə, bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​