Məşhur müğənnidən gözlənilməz qərar

Cengiz Kurtoğlu ilə "Usta çırak" albomunu çıxaran məşhur türkiyəli müğənni Hakan Altun Bodruma köçüb

ONN media xəbər verir ki, 45 yaşındakı sənətçi sosial media hesabından "Mandıra Filozofu" filminin ona yol göstərdiyi bildirib:

"Yaşamaq üçün xəyallarını qurduğum Bodruma köçdüyüm üçün yaradana şükr edir, bu qərarımda mənə işıq tutan "Mandıra Filozofu" filminin baş rol oyunçusundan çəkiliş meydançasındakı çayçısına qədər əmək sərf edən hər kəsə sonsuz təşəkkür edirəm. Bu möhtəşəm filmin böyük qəhrəmanı Nevzatla tanış olduğum üçün çox xoşbəxtəm".