Tarkanın qızı ilə yeni fotosu yayıldı

Meqastar Tarkan bir neçə gün əvvəl ata olub.

ONN media xəbər verir ki, Tarkan yeni doğulan qızı Liyanın fotosunu sosial şəbəkədə paylaşıb.

Məşhur ulduz Almaniya konsertində tanış olduğu Pınar Dilək ilə 5 illik münasibətdən sonra 2016-cı ildə evlənmişdi. Ötən ilin sonunda isə Pınarın hamilə olduğu üzə çıxdı. Hazırda Tarkan qız atası olmağın sevincini yaşayır.