“Mercedes” və “Vaz 2107 markalı avtomobillər toqquşdu

Cəlilabad rayonunda yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Mercedes" və "Vaz 2107 markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.