Tovuzda azyaşlı uşağı maşın vurdu

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kənd yolunda baş verib. Belə ki, yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Əhmədov Nihad Əhməd oğlunu maşın vurub. Yaralı piyada rayon xəstəxanasına aparılıb, ilkin yardımdan sonra Bakı şəhərindəki xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır