Meşə yanğınlarında ölənlərin sayı 74 oldu

Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 74-ə çatıb.

ONN media xarici mediaya istinadən xəbər verir ki, Mati kəndi yaxınlığında cəsədləri tapılmış insanlar ölüm anında bir-birlərinə sarılıblar.

Qayıqlar və vertolyotlar vasitəsilə kənd sakinləri evakuasiya olunur. 

Qeyd edək ki, Afinaya yaxın ərazilərdə başlayan yanğını son 10 ilin ən güclü yanğını adlandırırlar. Yunanıstan hökuməti artıq beynəlxalq yardım üçün müraciət ünvanlayıb.