Çimərlikdə batan qadının meyiti tapıldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2 000 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olmuşdur.

ONN media xəbər verir ki, FHN -in məlumatına görə, Vəfa Hacıbala qızı Fətullayevanın meyiti hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.​