Xaçmazda 47 çətənə kolu məhv edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan ONN media-ya verilən məlumata görə, iyulun 31-də Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Niyazabad kənd ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 100-200 sm olan 47 ədəd çətənə kolu aşkar edilib.

Narkotik tərkibli çətənə bitkiləri Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının və Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.