Goranboyda ev yanıb

Goranboyda yanğın olub.

ONN media-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Sarovlu kəndində ümumi sahəsi 24 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.