Tovuzda bədbəxt hadisə

Tovuz rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində xəsarət alıb.

ONN media bildirir ki, Tovuz rayon sakini 1966-cı il təvəllüdlü Elxan Paşayev iş zamanı ehtiyatsızlıqdan ayağına şüşə list düşüb.

Nəticədə xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.