Biləsuvarda xəstəxanada hadisə- Nə baş verir?

Biləsuvar rayon Mərkəzi xəstəxanasında bu gecə saatlarında yanğın baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONN mediaya verilən məlumatda bildirilib ki, xəstəxananın birinci mərtəbəsində rentgen otağında olan kondisionerdə tüstülənmə baş verib. Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tüstülənməni yanğına keçməmiş qarşısını alıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb, eləcə də heç bir avadanlığa ziyan dəyməyib. Tüstülənmə baş verən ərazi də artıq təmizlənərək istifadəyə verilib.