“Ata olmaq istəyirəm”

Aktyor Burak Özçivit və həyat yoldaşı Fahriye Ecven ötən gün kameraların hədəfinə tuş gəlib.

ONN media verir ki, cütlük Bebekdə görüntülənib. İkili şəxsi həyatları ilə bağlı sualları cavablandırıb. Uşaq dünyaya gətirməklə bağlı suala isə Burak belə cavab verib:

“İndi tezdir. Amma vaxtı gələndə ata olmaq istəyirəm”.