Bu yolda hərəkət məhdudlaşdırılacaq

Dəmirçi-Lahıc yolunda hərəkət tam məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONN media-ya verilən məlumata görə, Dəmirçi-Lahıc avtomobil yolunda aparılan yenidənqurma işlərinin tam olaraq yekunlaşdırılmaması ilə əlaqədar olaraq, 19-31 avqust 2018-ci il tarixlərində sözügedən avtomobil yolu ilə hərəkət tam olaraq məhdudlaşdırılır.

Sürücülərə sözügedən yolun bağlı olması ilə əlaqədar olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.