Vasif Talıbovdan yeni rəis təyinatı

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib. 

ONN media bildirir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 21-də fərman imzalayıb.

Fərmana əsasən, Əli Məmmədtağı oğlu Hüseynəliyev Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi təyin edilib.