Goranboyda avtomobil aşdı – Xəsarət alan var

Goranboy rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media bildirir ki, rayonun 1974-cü il təvəllüdlü Başqışlaq kənd sakini Qasımov Ağa Əliş oğlu Safikürd kəndinə gedən yolda avtomobili aşırdıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.