Yaşayış binasında YANĞIN

Mingəçevir şəhərində yaşayış binasında qısa qapanmadan yanğın baş verib.

ONN media xəbər verir ki, hadisə M.Maqomayev prospekti, 50 ünvanında yerləşən binanın 4-cü mərtəbəsinin mətbəxində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə briqadası cəlb olunub. Onların iştirakı ilə alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Bina və mənzil sakinləri arasında zərərçəkən olmayıb.