“Hyundai” markalı minik avtomobili aşıb

Ucar rayonunun Küçəkənd kəndində “Hyundai” markalı minik avtomobili yolda idarəetməni itirərək aşıb.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir k, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.