“VAZ” ağaca çırpıldı – Yaralılar var

Gədəbəy rayonunda yol qəzası baş verib.

FHN-dən ONN media -ya verilən məlumata əsasən, rayonun Qaradağ kəndində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.