Murad Bozdan gözlənilməz QƏRAR – Artıq bu obrazlarda…

Türkiyənin məşhur müğənnisi Murad Boz yeni açıqlama verib. 

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, "Hadi İnşallah", "Qardaşım mənim", "Dönərsə sənindir", "Qardaşım mənim – 2" kimi məşhur komediyalarda rol alan müğənni artıq bu janrda filmlərə çəkilməkdən imtina edib. 

Boz bildirib ki, özünü daha ciddi rollarda sınamaq istəyir. 

Qeyd edək ki, Murad Boz 5 ildən sonra, bu ilin 21 dekabr tarixində, Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcək.