Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti keçiriləcək

ONN media xəbər verir ki, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti 26 sentyabr  saat 19.00-da Heydər Əliyev Mərkəzində baş tutacaqdır.

 Konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış edəcəklər.