SON DƏQİQƏ: Yollarda sıxlıqdır, avtobuslar gecikir

Bu dəqiqələrdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir.

ONN media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

“BakuBus”MMC-dən verilən məlumata görə, yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır.

“Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar