Sürüşmə ərazisində dəyişiklik var?- AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 09:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Nazirlik tərəfindən yaradılan Qərargahdan ONN media-ya verilən son məlumata görə, sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib. Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb.