Bayıl şossesində tədqiqat aparılır

ONN media xəbər verir ki, oktyabr ayının 12-dən 13-nə keçən gecə paytaxtın Badamdar – 20-ci sahəni birləşdirən Bayıl şossesində yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar AMEA Rəyasət Heyəti Fənlərarası Analitik Mərkəzi, akademiyanın Yüksək Texnologiyalar Parkı və Neft və Qaz İnstitutunun əməkdaşları sözügedən ərazidə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə tədqiqat işlərinə başlayıblar.

Aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin ortofotoplanı, geomorfoloji üçölçülü modeli, aktivliyi, sürüşmə müstəvisi, sürüşməyə məruz qalan ərazinin ölçüləri və digər problemlər araşdırılacaq.