Kıvançdan həyat yoldaşına QADAĞA

Kıvanç Tatlıtuğ xanımı Başak Dizerə qadağa qoyub.
 

ONN media xəbər verir ki, aktyor xanımının reklam üçün kamera önünə keçməsini istəmir.

Başak ona gələn 1 milyon lirəlik reklam təklifi üçün Kıvançı razı sala bilməyib. Bildirilir ki, Tatlıtuğ qısqanc olduğu üçün xanımının ekranlarda görünməsinin əleyhinədir. 

Qeyd edək ki, cütlük 2016-cı ildə ailə qurub. Aktyor ailəsini mediadan uzaq tutmağa çalışır.