Ağcabədidə ikimərtəbəli ev yandı

Ağcabədinin Hüsülü kəndində ümumi sahəsi 264 kv.m olan ikimərtəbəli ev yanıb.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 8 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 108 kv.m sahədə, ikinci mərtəbəsində bir otağın və dəhlizin tavanı 30 kv.m sahədə, ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.